Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır
12.10.2026 [15:56]
Xəbərin mətni
Orta məktəblərdə vahid geyim qaydası ilə bağlı qərarın bu qədər geniş və mütəşəkkil hay-küylə qarşılanması müəyyən şübhələr doğurur. Hicabı dəstəkləyən insanların bir qisminin səmimi şəkildə müxtəlif arqumentlər irəli sürməsi mümkündür. Bununla belə, orta məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid deyib.