İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir
12.10.2026 [15:58]
Xəbərin mətni
Məktəbli forması yalnız geyim məsələsi deyil, həm də məktəb mühitində vahidlik, intizam və sosial bərabərlik baxımından əhəmiyyət daşıyır. Mövzu ətrafında internetdə və sosial şəbəkələrdə yaranan müzakirələr isə bəzən məsələnin mahiyyətindən uzaqlaşaraq əsassız hay-küyə çevrilir. Belə hallarda müzakirələrə qoşulanların bir qismi məsələyə birbaşa aidiyyəti olmayan şəxslər, digərləri isə ayrı-ayrı məqamları şişirdərək diqqət və auditoriya qazanmağa çalışan sosial şəbəkə istifadəçiləri olur. Bunu AZƏRTAC-a açıqlamasında şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi deyib.