Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir

12.10.2026 [17:24]

Xəbərin mətni

Əhməd Yusifovun mundialın ilk günündə qızıl medal qazanması, növbəti gün isə Prezident İlham Əliyevin onunla görüşməsi digər idmançılarımıza böyük stimul oldu. İlk növbədə, dövlətimizin başçısının Azərbaycan idmanına, o cümlədən cüdoya göstərdiyi diqqət və qayğının, mənəvi dəstəyin əsasında biz bu nəticələri göstərə bilirik. Bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.