Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var

12.10.2026 [17:49]

Xəbərin mətni

Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var. Bu, əslində, bu gün onunla apardığımız müzakirənin bir hissəsi idi. O, bir qərar qəbul etməlidir. Bu sözləri cüdo üzrə milli komandaların performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman Bakıda keçirilən dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.