Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir
14.10.2026 [11:36]
Xəbərin mətni
Azad edilmiş ərazilərin iqtisadi inkişafı, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin edilməsi, yol-nəqliyyat, enerji, qaz və digər infrastrukturların inkişaf etdirilməsi, eləcə də yeni iş yerlərinin yaradılması istiqamətində mühüm tədbirlər görülür. Bu sözləri Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Xəzər İnşaat Həftəsinin açılış mərasimində söyləyib.