Himalay Məmişov: 2030-cu ildə cari xərclər tam olaraq qeyri-neft gəlirləri hesabına təmin olunacaq
12.11.2026 [16:15]
Xəbərin mətni
2027-cı ilin dövlət büdcəsinin xərcləri 42,4 milyard manat həcmində proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz çoxdur. Ortamüddətli dövrdə, yəni 2023-2027-ci illərdə dövlət büdcəsinin xərcləri 5,9 milyard manat və ya 16,3 faiz artıb. Bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.