Azərbaycan Dövlət İnformasiya Agentliyi

Buxarada Azərbaycan və Özbəkistan musiqisinin həzin nəğmələri səslənib

16.10.2026 [15:20]

Xəbərin mətni

Buxarada keçirilən “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində şəhərin tarixi məkanlarından biri olan Kukeldaş mədrəsəsində Azərbaycan və Özbəkistan musiqiçilərinin iştirakı ilə konsert proqramı təşkil olunub. Özbəkistan Buxara Vilayəti Hakimliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Buxara vilayətinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, yerli sakinlər və şəhərin qonaqları iştirak ediblər.