Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb
16.10.2026 [17:38]
Xəbərin mətni
Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündə Azərbaycanın haqlı və prinsipial mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlətimizin başçısı bu mühüm platformada müharibədən sonra regionda yaranan yeni reallıqlardan, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini öz gücü hesabına bərpa etməsindən danışdı. Çıxışda, həmçinin Avropa Şurası və Avropa Parlamentinin timsalında beynəlxalq müstəvidə ölkəmizə qarşı sərgilənən ikili standartlar və qərəzli münasibət ifşa olundu.