Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi

13.11.2026 [11:39]

Xəbərin mətni

Göyçay rayonunda narın kütləvi yığımı davam edir. Yaz aylarında havaların yağmurlu keçməsi məhsuldarlığa müəyyən qədər təsir göstərsə də, builki satış qiymətləri fermerləri qane edir. Bağlardan toplanan məhsulun bir hissəsi xarici bazarlara göndərilir, digər hissəsi isə ölkənin müxtəlif bölgələrində satışa çıxarılır.