Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlqar Fəhmi: Kitab sərgisi oxuculara yazıçılarla canlı ünsiyyət imkanı yaradır

24.10.2026 [14:58]

Xəbərin mətni

Kitab sərgiləri dünyada sınaqdan çıxmış bir təcrübədir. Bütün Avropa ölkələrində, Amerikada mütəmadi olaraq hər şəhərdə, hətta hər qəsəbədə bu cür kitab sərgiləri keçirilir. Ölkəmizdə də belə tədbirlərin keçirilməsi çox uğurludur. O mənada ki, hansısa kitabı almaq üçün mağazaya gedirsən, bir kitab alıb oxumağa başlayırsan. Amma belə tədbirlər insanı, oxucunu birbaşa bayramın, təntənəli ab-havanın içinə salır. Bunu AZƏRTAC-a açıqlamasında şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi deyib.