Azərbaycan Dövlət İnformasiya Agentliyi

Habil Məmmədov: Müəllim üçün ən böyük uğur yetişdirdiyi şagirdlərdir

13.11.2026 [16:16]

Xəbərin mətni

Muğamın yaşadılması və gələcək nəsillərə ötürülməsi bu sənətə könül verən hər kəsin üzərinə mühüm məsuliyyət qoyur. Bu məsuliyyətin daşıyıcıları sırasında gənc istedadları üzə çıxaran, onlara sənətin incəliklərini öyrədən müəllimlər də var. Bəzən bir müəllimin şagirdlərinin ifalarını daha geniş auditoriyaya çatdırmaq arzusu zamanla böyük yaradıcılıq təşəbbüsünə çevrilir. Qarabağın ruhu ilə başlayan sənət yolu, milli musiqiyə bağlılıq və gənc ifaçıları tanıtmaq istəyi də Habil Məmmədovun yaratdığı “Habil müəllim və tələbələri” kollektivinin fəaliyyətinin əsasını təşkil edir. AZƏRTAC-ın müxbiri ilə söhbətində Habil Məmmədov sənətə gəlişindən, müəllimlik fəaliyyətindən, kollektivin yaranma tarixindən, beynəlxalq çıxışlarından danışıb.