Xalid Fəthəlrəhman: ICESCO forumda iki mühüm mövzu üzrə müzakirələrdə iştirak edəcək
26.10.2026 [13:57]
Xəbərin mətni
VII Ümumdünya Forumunun əsas açar sözü ardıcıllıqdır. “Bakı Prosesi”nin əsaslandığı ardıcıllıq sistemli fəaliyyət kimi davam edir. Bu ardıcıllıq forumun üç əsas sütununu birləşdirir: qlobal problemlərin həllində mühüm vasitə kimi dialoqun aparıcı rolu, anlaşma və əməkdaşlıq üçün başlanğıc nöqtəsi kimi multikulturalizmin əhəmiyyəti, eləcə də sülh və təhlükəsizliyin ümumi qlobal məqsədlər kimi qəbul edilməsi. Bu fikirləri ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fəthəlrəhman oktyabrın 27–29-da keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mətbuat konfransında deyib.