Azərbaycan Dövlət İnformasiya Agentliyi

4SİM-in icraçı direktoru: Rəqəmsal transformasiya və insan kapitalı Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətlərindəndir – MÜSAHİBƏ

26.10.2026 [16:50]

Xəbərin mətni

Rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt texnologiyalarının tətbiqi və insan kapitalının gücləndirilməsi Azərbaycanın iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Bu sahələrdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni investisiyaların cəlb olunması və əmək bazarının müasir tələblərinə uyğun mütəxəssislərin hazırlanması ölkənin rəqabət qabiliyyətinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov səsləndirib.