Şöbə müdiri: Lazer hamarlama məhsuldarlığın artmasına təsir göstərir
20.11.2026 [12:11]
Xəbərin mətni
Lazer hamarlama məhsuldarlığın artmasına təsir göstərir. Azərbaycanda lazer hamarlama aparılan torpaq sahələrində məhsuldarlıq 35-40 faiz arta bilər. Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin Dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə keçirilən “Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə” mövzusunda konfransın panel müzakirəsində deyib.