Darla Deardorff: Mədəniyyətlərarası səriştə gündəlik həyatımızın bir hissəsi olmalıdır
27.10.2026 [14:11]
Xəbərin mətni
Mədəniyyətlərarası səriştə yalnız müxtəlif dillərdə danışmaq və bilik mübadiləsi aparmaq deyil, həm də başqalarını anlamaq, fərqli baxışlara hörmətlə yanaşmaq və empatiya göstərmək bacarığıdır. Bunu mədəniyyətlərarası səriştələr üzrə ekspert Darla K. Deardorff VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsallaşma və süni intellekt əsrində cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştələr” mövzusunda plenar iclasda deyib.