Nazir müavini: Azərbaycanda 25 mindən çox dövlət qulluqçusunun rəqəmsal bacarıqları artırılacaq
27.10.2026 [14:21]
Xəbərin mətni
Azərbaycanda 275 qurumdan ümumilikdə 25 mindən çox dövlət qulluqçusunun süni intellekt və kibertəhlükəsizlik üzrə təlimlərə cəlb edilməsi planlaşdırılır. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsallaşma və süni intellekt əsrində cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştələr” mövzusunda plenar iclasın açılışında deyib.