Rəşad Əzizov: Mədəniyyətlərarası Dialoq Forumunun missiyası əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir
27.10.2026 [14:46]
Xəbərin mətni
Müasir dünya geosiyasi gərginliklər, sosial-iqtisadi bərabərsizliklər, mədəni anlaşılmazlıqlar və süni intellekt kimi dördüncü sənaye inqilabı texnologiyalarının sürətli inkişafı ilə yanaşı, qlobal fikir ayrılıqlarının dərinləşməsi ilə də xarakterizə olunur. Belə bir şəraitdə “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun missiyası əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. Bu sözləri Kino Agentliyinin direktoru Rəşad Əzizov “Sahibkarlar parçalanmış dünyanın qiymətləndirilməyən diplomatları kimi” mövzusundakı biznes dialoqunda deyib.