Azərbaycan Dövlət İnformasiya Agentliyi

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar

28.10.2026 [14:03]

Xəbərin mətni

Azərbaycanın dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzi və dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması, heç şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu, müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsidir. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada çıxış edərkən deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI