Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa
20.11.2026 [17:57]
Xəbərin mətni
Azərbaycan-Vyetnam münasibətləri onilliklərə söykənən tarixi əlaqələr üzərində qurulub. Hələ sovet dövründən başlayan əməkdaşlıq bu gün siyasi dialoq, iqtisadi tərəfdaşlıq və humanitar əlaqələr istiqamətində inkişaf etdirilir. 1959-cu ildə Vyetnam lideri Ho Şi Minin Azərbaycana səfəri ilə yeni mərhələyə qədəm qoyan münasibətlərdə Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olub. Bu gün isə Prezident İlham Əliyevin Vyetnama səfəri ikitərəfli əlaqələrin gələcək perspektivlərini yenidən gündəmə gətirir.