Ramin Məmmədov: Azərbaycan bütün dini abidələrin bərpasına böyük həssaslıq və sadiqliklə yanaşır
28.10.2026 [16:28]
Xəbərin mətni
Uzunmüddətli münaqişədən çıxmış ölkə olaraq Azərbaycan sülhün əsl dəyərini və mədəni-mənəvi irsin itirilməsinin doğurduğu ağrını yaxşı bilir. Biz xalqın müqəddəs kimliyini və yaddaşını daşıyan dini abidələrin və ibadət ocaqlarının dağıdılmasına şahid olmağın nə demək olduğunu çox gözəl başa düşürük. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada çıxış edərkən deyib.