Müzəffər Kamilov: Dinlərarası dialoq qarşılıqlı etimadı və həmrəyliyi möhkəmləndirmə vasitəsidir
28.10.2026 [16:35]
Xəbərin mətni
Bu gün dünyada geosiyasi ziddiyyətlər, dini və milli zəmində baş verən anlaşılmazlıqlar, ksenofobiya, islamofobiya və dözümsüzlüyün digər təzahürləri cəmiyyətlər arasında dialoqa və qarşılıqlı etimad mühitinə ciddi təsir göstərir. Bunu Özbəkistan Prezidentinin Din və Təhsil Məsələləri üzrə müşaviri Müzəffər Kamilov oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada çıxış edərkən deyib.