Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində fləşmob aksiyası keçirib

25.02.2016 [11:06]

Xəbərin mətni
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının 24-cü il dönümünə həsr olunmuş Fləşmob aksiyası keçirib. AGAT-dan AZƏRTAC-a bildiriblər ki, fləşmobun əsas məqsədi 1992-ci il 26 Fevralda Xocalıda baş verən dəhşətli hadisələri obrazlı şəkildə canlandıraraq, insanların diqqətini bir daha həmin günə cəlb etməkdir.