Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub
03.11.2026 [17:21]
Xəbərin mətni
Oktyabrın 26-da yeni açılan şöbəmizdə əməliyyatlar da icra edirik. Bu günə kimi 9 cərrahi əməliyyat icra olunub. Bunlardan biri dövlət tibb müəssisələrində ilk dəfə icra edilən gözün tor qişasının qopması ilə bağlı əməliyyatdır. Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq M.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin müdiri Cahid Şahbazov deyib.