Azərbaycan Dövlət İnformasiya Agentliyi

Direktor: Xətai Tibb Mərkəzində mürəkkəb göz əməliyyatları icbari tibbi sığorta hesabına həyata keçiriləcək

03.11.2026 [17:36]

Xəbərin mətni

M.Əfəndiyev adına Xətai Tibb Mərkəzində yeni istifadəyə verilən Göz xəstəlikləri və cərrahiyyə şöbəsində indiyədək dövlət tibb müəssisələrində icra olunmayan bütün növ mürəkkəb göz əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur. Bunu jurnalistlərə müsahibəsində Xətai Tibb Mərkəzinin direktoru Aybəniz Sanıyeva deyib.