Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bahadur Rzayev: Dövlət tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi əsas istiqamətlərdəndir

03.11.2026 [17:37]

Xəbərin mətni

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə dövlət tibb müəssisələrinin inkişafı və səhiyyə sisteminin imkanlarının genişləndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu islahatların mərkəzində dövlət tibb müəssisələrinin maddi-texniki bazalarının inkişaf etdirilməsi, müasir tibbi texnologiyaların tətbiqi və kadr potensialının gücləndirilməsi əsas istiqamətlərdəndir. Bunu jurnalistlərə müsahibəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən, icraçı direktorun müavini Bahadur Rzayev deyib.