Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elşad Məmmədov: Mənzil bazarında hüquqi təhlükəsizliyin təmin olunması üçün təminat qeydi institutunun tətbiqi genişləndirilməlidir

05.11.2026 [19:21]

Xəbərin mətni

Mənzillərin tikintisi başa çatmadan, qanunvericilikdə nəzərdə tutulan prosedurlar həyata keçirilmədən, sadəcə A4 formatlı kağız üzərində bağlanan müqavilələr əsasında vətəndaşlara satılması müasir dövrün tələblərinə cavab vermir. Bu cür praktika gələcəkdə həm tikinti şirkətlərini, həm də mənzil alıcılarını ciddi hüquqi problemlərlə üz-üzə qoya bilər. Bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən 3-cü Dayanıqlı Tikinti Sammitinin “Bünövrədən çıxarışa” adlı panelində çıxışı zamanı deyib.