Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nabil Gangi: FAO akvakultura sahəsində Azərbaycana dəstək verməyə hazırdır

05.11.2026 [15:44]

Xəbərin mətni

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) akvakultura sahəsində Azərbaycana dəstək verməyə hazırdır. FAO digər dövlətlərin təcrübəsini, yeni texnologiyaların tətbiqi ilə balıqçılıq təsərrüfatlarının inkişafı haqqında geniş məlumatlar təqdim edə bilər. Bunu Birinci Azərbaycan Regional Akvakultura Forumunda çıxışı zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi deyib.