“Təmiz Şəhər”: Müasir texnologiyaların inkişafı Azərbaycanda tullantıların basdırılmasının minimuma endirilməsinə imkan verir
05.11.2026 [19:23]
Xəbərin mətni
Müasir texnologiyaların inkişafı tullantıların basdırılmasının minimuma endirilməsinə, gələcəkdə isə sıfır səviyyəsinə çatdırılmasına imkan verir. Bu baxımdan hökumət tərəfindən irəli sürülən “Sıfır tullantı” təşəbbüsü mühüm əhəmiyyət daşıyır. Bunu “Təmiz Şəhər” ASC İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyev “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən 3-cü Dayanıqlı Tikinti Sammitinin “Tullantıdan resursa” adlı panel müzakirəsində deyib.