Fərid Bağırzadə: Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur
06.11.2026 [10:18]
Xəbərin mətni
Bu gün Azərbaycan xalqının tarixində qürur və şərəf səhifəsinə çevrilmiş Şanlı Zəfərimizə həsr olunan xüsusi tədbirdə – əlilliyi olan istedadlı uşaqların iştirakı ilə təşkil edilmiş inklüziv musiqili konsert proqramında iştirak etdik. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, şanlı Ordumuzun qəhrəmanlığı, şəhidlərimizin canı və müharibə iştirakçılarının fədakarlığı sayəsində qazanılan tarixi Zəfərimiz Azərbaycan xalqının gücünün, birliyinin və iradəsinin təntənəsidir. Bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib.