Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Britaniyanın səfiri: Naxçıvan mühüm turizm və yaşıl enerji mərkəzinə çevrilə bilər

05.11.2026 [19:46]

Xəbərin mətni

Artıq altı aydır ki, Böyük Britaniyanın Azərbaycandakı səfiriyəm. İlk rəsmi səfərim Qarabağa, ikinci rəsmi səfərim isə Naxçıvana oldu. İkinci səfərim üçün Naxçıvanı seçməyimin səbəbi, əlbəttə ki, bu torpağın Ümummilli Lider Heydər Əliyevin vətəni olmasıdır. Burada olduğum müddətdə bir sıra yüksəksəviyyəli görüşlər keçirdim. Dəmir yolu stansiyasına baş çəkərək dəmir yolu qurumlarının nümayəndələri ilə də söhbət etdim. Həmçinin saraylar və muzeylər də daxil olmaqla bir sıra mədəniyyət məkanlarını ziyarət etdim və Naxçıvan haqqında çox şey öyrəndim. Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman Naxçıvana səfəri çərçivəsində jurnalistlərə müsahibəsində deyib.