Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb
06.11.2026 [14:13]
Xəbərin mətni
Cari ilin yanvar-sentyabr aylarında Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard ABŞ dollarına çataraq müvafiq dövr üzrə növbəti dəfə tarixi maksimuma yüksəlib. Çin Azərbaycanın ən böyük idxal mənbəyi statusunu qoruyub saxlayır. Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey noyabrın 6-da Bakıda keçirilən brifinqdə deyib.