Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Pakistan bütün beynəlxalq məsələlərdə Azərbaycanın yanında olacaq

05.11.2026 [12:57]

Xəbərin mətni

Pakistan və Azərbaycan həm liderlərimiz, həm də xalqlarımız arasında mövcud olan münasibətlər baxımından ən yaxın diplomatik əlaqələrə malik ölkələr sırasındadır. Pakistan bütün beynəlxalq məsələlərdə, xüsusilə Azərbaycanın suverenliyi ilə bağlı məsələlərdə hər zaman onun yanında olub və bundan sonra da olacaq. Bunu jurnalistlərə müsahibəsində Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaca deyib.