Qazi: 44 günlük Vətən müharibəsində qarşımıza qoyulan missiyanı uğurla yerinə yetirdik
06.11.2026 [14:45]
Xəbərin mətni
Zəfər Günü bizim üçün çox önəmli tarixdir. Azərbaycan vətəndaşı kimi fəxr edirəm ki, ölkəmizin şanlı tarixini yaşayırıq. Həmin tarixin yazılmasında mənim də payım olub. Buna görə özümü qalib Azərbaycan Ordusunun şanslı zabiti hesab edirəm. Bunu Vətən müharibəsi qazisi, xüsusi təyinatlı qüvvələrin mənsubu, ehtiyatda olan mayor Nəsir Zeyniyev deyib.