Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbhədən auditoriyaya: Vətən müharibəsi qazisinin müəllimlik missiyası

06.11.2026 [15:18]

Xəbərin mətni

Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən qazi Elşad Məmmədov bu gün də Vətənə xidmətini davam etdirir. Əvvəllər döyüş meydanında torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan qazi hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müəllim kimi fəaliyyət göstərir, gənc nəslin bilik və dünyagörüşünün formalaşmasına töhfə verir. AZƏRTAC-a müsahibəsində Elşad Məmmədov bildirib ki, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq döyüşlərə qoşulub. Döyüş yolu Füzuli istiqamətindən başlayıb, daha sonra Cəbrayıl, Xocavənd və Şuşayadək davam edib.