Azərbaycanda təhsil standartları yenilənir: vətəndaşlıq ayrıca səriştə olacaq
28.10.2026 [17:09]
Xəbərin mətni
Azərbaycanda ümumi təhsil üzrə yeni standartların hazırlanması istiqamətində iş aparılır. Yeni sənəddə vətəndaşlıq ayrıca səriştə kimi müəyyənləşdiriləcək, mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıqla bağlı bacarıqlar bütün fənlərin məzmununa inteqrasiya olunacaq. Bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyanın ikinci panelində çıxışı zamanı deyib.