Allaha yalvarırdıq ki, maşın morqa getməsin – Vətən müharibəsində yaralılara xidmət göstərmiş həkimlə MÜSAHİBƏ
06.11.2026 [15:32]
Xəbərin mətni
Vətən müharibəsi zamanı Azərbaycan həkimləri ön cəbhədə yaralanan əsgərlərin həyatını xilas etmək üçün gecə-gündüz yorulmadan çalışıblar. Həmin günlərdə neyrocərrahların üzərinə düşən məsuliyyət, xüsusilə böyük olub. Onlar ağır kəllə-beyin və sinir sistemi zədələri alan yaralıların həyata qaytarılması uğrunda mübarizə aparıblar. AZƏRTAC-ın əməkdaşları Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-neyrocərrahı Nizami Məmmədovla müharibə dövründəki tibbi xidmət, qarşılaşdığı çətinliklər və yaddaşında iz buraxan hadisələr barədə söhbətləşib.