Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş hərbçi: Düşmən qarşısında məğlub əsgər kimi dayanmaq qürurumuza toxunurdu, bu gün isə Zəfəri yaşayırıq

07.11.2026 [11:58]

Xəbərin mətni

Şəhidlərimiz və qazilərimiz gələcəyimiz işıqlı olsun deyə canlarından keçiblər. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının milli birliyinin, ordumuzun gücünün və şəhidlərimizin qəhrəmanlığının təntənəsidir. Bu Qələbə, xüsusilə Qarabağdan olan insanlar üçün illərlə davam edən həsrətin sona çatması, doğma torpaqlara qovuşmaq və milli qürurun bərpası deməkdir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xocavənd rayonunun Meşəli kənd sakini İmran Rəcəbov söyləyib.