Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Natiq Həsənov: Azərbaycan-Alman Tibb Günlərinin 8 Noyabr - Zəfər Günündə keçirilməsi qürurvericidir

08.11.2026 [13:35]

Xəbərin mətni

Azərbaycan-Alman Tibb Günlərinin hər bir azərbaycanlı üçün əlamətdar olan 8 Noyabr - Zəfər Günündə keçirilməsi bizdə qürur hissi yaradır. Bu cür konfranslar Almaniyada yaşayan azərbaycanlı həkimlərin uğurlarının ölkəmizdə tanıdılması, eləcə də təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıyır. AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın İdar-Oberştayn klinikasında baş həkimi, professor Natiq Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Berlində keçirilən Azərbaycan-Alman Tibb Günləri ilə bağlı media nümayəndələrinə açıqlamasında deyib.