Litvalı jurnalist: Azərbaycana turist kimi gəldim və Qarabağ müharibəsinin şahidi oldum
08.11.2026 [20:13]
Azərbaycana turist kimi gələrək ölkəmizin ən ağır günlərində Azərbaycan xalqının taleyini bölüşüb, cəbhə bölgəsinin yollarını qət edib, həmin hadisələrin ağrısını və xatirəsini onilliklər boyu qəlbində yaşadıb. Söhbət tanınmış litvalı jurnalist Riçardas Lapaytisdən gedir. AZƏRTAC-ın müxbiri ilə söhbətində Lapaytis Qarabağla tanışlığının ötən əsrin 90-cı illərinin əvvəllərində başladığını bildirib. Bu tanışlıq, onun Azərbaycanda, o cümlədən Qarabağda keçdiyi bütün yol kimi, olduqca qeyri-adi olub. Belə ki, onu nə Azərbaycana, nə də Qarabağa göndərən olub. Bu, hər hansı xidməti ezamiyyət deyildi. O, turist kimi gəlmiş, Bakıda beş gün qalıb sonra qayıtmağı planlaşdırmışdı. Həmsöhbətimiz daha sonra Orta Asiyaya getməli, ardınca isə Çinə səfər etməyi düşünürdü.