Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
11.11.2026 [11:04]
Xəbərin mətni
Noyabrın 9-da Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) öz işinə başlayıb. Azərbaycan nümayəndə heyəti konfransın rəsmi açılış mərasimində, eləcə də beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş yüksəksəviyyəli tədbirlərdə iştirak edib. COP31-in açılış mərasimində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP30-un prezidenti Andre Korrea du Laqodan COP sədrliyini təhvil alıb.