Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan Dəmir Yolları” tərəfindən daşınan yüklərin həcmi artıb

11.11.2026 [11:06]

Xəbərin mətni

Cari ilin yanvar-oktyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) yük daşımaları üzrə artım dinamikasını davam etdirib. Bu dövrdə tranzit daşımaların, Çindən qəbul edilən blok-qatarların və Astara Terminalında və Bakı Limanında aşırılan yüklərin həcmində əhəmiyyətli artım qeydə alınıb.