6 aylıq sosial sığorta stajı tələbi niyə qoyulur? – Nazir müavini açıqladı
11.11.2026 [14:16]
Xəbərin mətni
Əmək Məcəlləsində və aidiyyəti digər qanunlarda dəyişiklik edilməsi ilə bağlı Qanun layihəsinə əsasən üç yaşınadək uşağa qulluğa görə müavinət almaq üçün ən azı 6 ay sosial sığorta stajının tələb olunması təklif edilir. Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev deyib.