Azərbaycan Dövlət İnformasiya Agentliyi

Jurnalistlər üçün kibertəhlükəsizlik üzrə maarifləndirici infosessiya təşkil edilib

12.11.2026 [17:16]

Xəbərin mətni

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən “Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində media nümayəndələrinə kibertəhlükəsizlik istiqaməti üzrə maarifləndirici infosessiya təşkil olunub. Layihənin məqsədi jurnalistlərin rəqəmsal savadlılığının artırılması, informasiya təhlükəsizliyi və yeni texnologiyalardan təhlükəsiz istifadə sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsidir.