İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var
13.11.2026 [10:26]
Xəbərin mətni
"Sükut içində addımlar" filminin çox vacib mövzusu və özündə bir sıra qeyri-adi hekayələri var. Çünki burada işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi prosesi və eyni zamanda bu işdə çalışan qadınlar ön plana çıxır. Film sakit üslubda çəkilsə də, böyük gücə malik ekran əsəridir. Bunu jurnalistlərə açıqlamasında "Sükut içində addımlar" filminin ssenari müəllifi İsmayıl İman deyib.