Fariz Əhmədov: “Sükut içində addımlar” filmi Qarabağın minalardan təmizlənməsində iştirak edən qadınların gündəlik həyatını əks etdirir
13.11.2026 [10:22]
Xəbərin mətni
Qarabağ işğaldan azad edildikdən sonra Bakı Media Mərkəzi tərəfindən azad edilmiş ərazilərdə bir sıra film layihələri həyata keçirilib. Vətən müharibəsindən bəhs edən filmlərin çəkilişi və hazırlıq mərhələsində Qarabağın minalardan təmizlənməsi prosesində iştirak edən qadınlarla tanış olduq. Beləliklə, onlar haqqında ayrıca film hazırlamaq ideyası yarandı. “Sükut içində addımlar” tammetrajlı sənədli filminin əsas məqsədi heç bir statistik göstəriciyə müraciət etmədən həmin qadınların gündəlik həyatını dünya ictimaiyyətinə, beynəlxalq tamaşaçılara çatdırmaq idi. Bunu jurnalistlərə açıqlamasında filmin rejissoru və ssenari müəllifi Fariz Əhmədov deyib.