İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək
13.11.2026 [10:32]
Xəbərin mətni
“Avropa Siyasi Birliyi” son dərəcə mühüm fikir mübadiləsi platformasıdır. Çünki qitənin qarşılaşdığı çağırışları müzakirə etmək üçün həm Avropa İttifaqına üzv olan, həm də üzv olmayan ölkələri bir araya gətirir. Bunu İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelen Dublində jurnalistlərə açıqlamasında deyib.