Azərbaycan Dövlət İnformasiya Agentliyi

İrlandiyalı nazir: Ukrayna müharibəsi Aİ-nin iqtisadiyyatına mənfi təsir göstərir

13.11.2026 [10:52]

Xəbərin mətni

İnsanlar hər zaman “Avropanı kim təmsil edir?” sualını veriblər. Bizim Aİ Şurasının Prezidenti Antonio Koşta var və o, üzv dövlətləri təmsil edir. Həmçinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəmiz Kaya Kallas var. Lakin günün sonunda biz Avropa Birləşmiş Ştatları deyilik, 27 ayrı-ayrı ölkəyik. Buna görə də məsələ o qədər də sadə deyil. Əslində, belə də olmalıdır. Çünki biz federal Avropa uğrunda mübarizə aparmırıq. Bunu İrlandiyanın Avropa işləri və müdafiə məsələləri üzrə dövlət naziri Tomas Birn Dublində jurnalistlərə açıqlamasında deyib.