Mateuş Çuxnovski: “Sükut içində addımlar” filmi uzun zaman və böyük zəhmət tələb edən layihədir
13.11.2026 [10:58]
Xəbərin mətni
Bu gün Nizami Kino Mərkəzində “Sükut içində addımlar” filminin təqdimatı keçirildi. Bu, ərsəyə gəlməsi uzun zaman və böyük zəhmət tələb edən bir layihədir. Düşünürəm ki, xüsusilə xarici ölkələrdə yaşayan insanlar qadınlardan ibarət minaaxtaranlar qrupunun hekayəsini ekranlaşdırmağın rejissor üçün nə qədər çətin və məsuliyyətli bir proses olduğunu tam təsəvvür edə bilməzlər. Bunu jurnalistlərə açıqlamasında “Sükut içində addımlar” filminin quruluşçu operatoru Mateuş Çuxnovski deyib.