Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır

14.11.2026 [12:49]

Xəbərin mətni

Oyun çox gərgin keçdi. Şimali Makedoniya Balkan həndbol ənənələrinə malik ölkələrindən biridir. Onların həndbol məktəbi güclüdür. Buna görə də bizi çətin oyunun gözlədiyini bilirdik. Bunu AZƏRTAC-ın bölgə müxbirinə Avropa Kubokunun III turu çərçivəsində Şimali Makedoniyanın “Cair” komandasına 24:27 hesabı ilə məğlub olan Mingəçevirin qadın həndbolçulardan ibarət “Kür” komandasının baş məşqçisi Fuad Yanqildin bildirib.