Rəşad Mustafayev: Əmək bazarında dəyişikliklərin miqyası və sürəti artıq gündəlik həyatımızda hiss olunur
16.11.2026 [10:59]
Xəbərin mətni
Əmək bazarındakı hər dəyişiklik əslində insanın həyat imkanlarına da təsir edir. Bu gün keçirilən Milli Məşğulluq Forumunun "İnnovasiya və məşğulluq" devizi bu baxımdan xüsusi məna daşıyır. İnnovasiya ilə məşğulluğu birləşdirən əsas amil insandır. Texnologiya yeni imkanlar yaradır. Həmin imkanları real nəticəyə çevirən isə insanın biliyi, bacarığı və təşəbbüsüdür. Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məşğulluq Forumunda çıxış edərkən deyib.